İsveçdə müsəlman qəbiristanlığı genişləndirilir

İsveçdə müsəlman qəbiristanlığı genişləndirilir

İsveçin Engelholm şəhər qəbiristanlığı müsəlman məzarları üçün genişləndiriləcək.

Rasthaber Azərbaycan xəbər verir ki, bu özünəməxsus addımla İsveç kilsəsi dünyasını dəyişmiş müsəlmanların yaxınlarının qəmini bölüşmək istədiyini bəyan edib.

Şəhər qəbiristanlığının genişlənməsi “bələdiyyənin müsəlman icmasının xahişi ilə” baş tutacaq. Ümumilikdə İslam ardıcıllarının dəfni üçün 80 məzarlıq əlavə sahə ayrılacaq.

“Biz hələlik prosesin ortasındayıq və hər şeyi 2022-ci ilə qədər yekunlaşdırmaq niyyətindəyik”, – Engelholm kilsəsinin pastoru Fredrik Höqqern deyib. O bildirib ki, hazırda şəhərdə müsəlmanların dəfni baxımından həqiqətən də ciddi problemlər yaşanır.

Xəbəri paylaş

VİDEOLAR