İsveçdə məscid terrorçuların hədəfinə çevrilib

İsveçdə məscid terrorçuların hədəfinə çevrilib

İsveçin Stokholm şəhərindəki məscid terrorçuların hədəfinə çevrilib.

Rasthaber Azərbaycan Rusiya KİV-inə istinadla xəbər verir ki, ibadət ocağının qapısı qarşısında bomba tapılıb.

“Sübh namazına gələrkən biz məscidin qapısı qarşısında bomba mexanizminə bənzər qurğu aşkarladıq və çox həyəcanlandıq. Qutudan çıxan 3 naqil qapıya bərkidilmişdi. Biz dərhal polisə xəbər verdik”, – Stokholm məscidinin imamı Mahmud Həlfi SR dövlət radiosuna müsahibəsində deyib.

Onun sözlərinə görə, başçılıq etdiyi məscid dəfələrlə irqçi hücumlara məruz qalıb: “Bu, ildə ən azı iki dəfə baş verir”.

Stokholm polisinin nümayəndəsi Per Falstrem bildirib ki, müşahidə kameraları vasitəsi ilə bombanı yerləşdirən şəxsin kimliyi müəyyən edilib. İstintaq davam edir.

Xəbəri paylaş

VİDEOLAR