İsveçdə iki İslam məktəbi bağlanacaq

İsveçdə iki İslam məktəbi bağlanacaq

İsveçin terrorla mübarizə əməliyyatlarına cavabdeh olan təhlükəsizlik xidməti uzun müddətdir ki, bu iki İslam məktəbini izləyir. Tələbələrin İslam dərslərinin keçməsi nəticəsində radikallaşma riski ilə üzləşdikləri və onların bağlanması barədə xəbərdarlıq edib.

Az.rasthaber.com xəbər verir ki, təhlükəsizlik xidmətlərinin tələbələrə radikallaşma riski ilə bağlı xəbərdarlıq etməsindən sonra İsveçin iki İslam məktəbi bağlanmaq ərəfəsindədir.

İnzibati məhkəmənin qərarlarından sonra İsveçdə ənənəvi təhsil sistemindən kənar fəaliyyət göstərən bu iki müstəqil İslam məktəbinin fəaliyyətini davam etdirməsinə icazə verilməyəcək.

Milli yayım şirkəti Sveriges Television AB (SVT) bildirib ki, Stokholm və Uppsalada yerləşən iki məktəb İsveçin Təhsil Qanununun tələblərinə cavab vermədikləri barədə məhkəmə qərarından sonra qapılarını bağlamalı olacaqlar.

Yoxlama qərarından sonra hər iki məktəb məhkəməyə şikayəti verib və inzibati məhkəmənin qərarı çıxana qədər onlara fəaliyyətlərini davam etdirməyə icazə verilib. Bu iki məktəbdən biri təxminən 200 şagirdi olan İmam məktəbidir. Digəri isə təxminən 80 şagirdi olan Praqros məktəbidir.

Uppsaladakı məktəb inzibati məhkəmənin qərarından apellyasiya şikayəti verməyi planlaşdırır. Məktəbin idarə heyətinin üzvü Məcid Aşkar açıqlamasında deyib: "Şura bu qərarın ədalətsiz olduğunu düşünür və deyir ki, ittiham edildiyimiz mələyə dair heç bir sübut yoxdur".

Xəbəri paylaş

VİDEOLAR