İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fələstinli hərəkatlara xitabən yendiən əl-Əqsa məscidinə girəyəci ilə bağlı təhdid edib.
Az.rasthaber.com Sputnik-ə istinadən xəbər verir ki, Ben-Qvir bunu İsrail Ordusu Radiosuna açıqlamasıdna deyib.
O, fələstinli hərəkatlara xitabən deyib:
“Əl-Əqsa məscidinə girirəm ki, HƏMAS-a, bu yerin sahibi olmadıqları məlum olsun. Mənim heç bir narahatçılığım yoxdur. Yenidən əl-Əqsaya girəcəyəm”
Qeyd edək ki, cari ayın üçündə onun əl-Əqsa məscidi kompleksinə daxil olması işğal edilmiş ərazilərdə, beynəlxalq müstəvidə, hətta İsrailin daxilində gərginliyi artırmış və rəsmi xəbərdarlıqlar verilmişdi.
Xatırladaq ki, 2003-cü ildə İsrailin sabiq baş naziri Ariel Şaronun əl-Əqsa məscidinə girməsi işğal edilmiş ərazilərdə minlərlə insanın ölümü ilə nəticələnmiş “İntifadə hərəkatı” üsyanına səbəb olmuşdu.