İsrailin terrorunun növbəti qurbanı: 23 yaşlı fələstinli gənc

İsrailin terrorunun növbəti qurbanı: 23 yaşlı fələstinli gənc

Çərşənbə axşamından çərşənbəyə gecə fələstinli gənc dünyasını dəyişib.

Az.rasthaber.com "palinfo"-ya istinadən xəbər verir ki, belə ki, 8 martda Fələstinin Nəblus əyalətinin Burka qəsəbəsində fələstinlilərlə İsrail rejimi qüvvələri arasında toqquşma baş verib.

Sionist qüvvələr fələstinliləri odlu silahlardan atəşə tutublar.

Çox sayda fələstinli yaralanıb.

23 yaşlı Əhməd Hikmət Seyf isə 5 güllə yarası ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəbəri paylaş

VİDEOLAR