Fələstin tibb mənbələri İsrailin Qəzza zolağına endirdiyi hava hücumlarından sonra bazar ertəsi səhərdən bəri ən azı 59 nəfərin şəhid olduğunu açıqlayıb.
Az.rasthaber.comxəbər verir ki, bu hücumlarda 137 fələstinli də yaralanıb.
Əl-Cəzirə kanalı da Qəzza zolağının mərkəzində Deyr əl-Bələh şəhərinin qərbində yaşayış binasına endirilən hava zərbəsi nəticəsində 9 nəfərin şəhid olduğunu bildirib.
Hücumların davam etdiyi və bölgədə humanitar vəziyyətin kritik olduğu bildirilir.
Qəzzadakı Fələstinin Səhiyyə Nazirliyi də bazar ertəsi günortadan sonra sionist İsrail rejimi tərəfindən Qəzza zolağında son 24 saatda 57 nəfərin şəhid edildiyini, 137 nəfərin isə yaralandığını açıqlayıb.
Bu şəhidlər də daxil olmaqla, 2025-ci il martın 18-də Qəzzaya yeni təcavüz başlayandan 1391 nəfər şəhid olub, 3434 nəfər isə yaralanıb.