BMT Qəzza zolağının atəşə tutulmasını müharibə cinayəti adlandırıb.
Az.rasthaber.com xəbər verir ki, bu bəyanatla BMT-nin müstəqil beynəlxalq komissiyası çıxış edib.
Komissiya İsrailin Fələstin şəhərlərini qeyri-mütənasib şəkildə hədəf aldığını bildirib.
“İsrailin hücumları nəticəsində dəyən zərər və xəsarətlər hərbi mənfəətlə qeyri-mütənasib olub və buna görə də müharibə cinayəti təşkil edib”, - BMT komissiyası vurğulayıb.