İsrailin Qəzza xalqına qarşı soyqırımı davam edir

İsrailin Qəzza xalqına qarşı soyqırımı davam edir

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 13 fələstinli həyatını itirib, əksəriyyəti uşaq və qadınlardan ibarət onlarla insan yaralanıb.

Az.rasthaber.com xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın xəbərinə görə, sionist İsrail döyüş təyyarələrinin Qəzza zolağının cənubundakı Xan Yunis şəhərində Müəmmər ailəsinə məxsus evi bombalaması nəticəsində 12 nəfər şəhid olub, çoxlu sayda insan yaralanıb.

Hücumdan sonra çökən binada yerli sakinlər və mülki müdafiə qrupları axtarış-xilasetmə işlərini davam etdirir.

Sionist İsrail ordusunun Qəzza zolağının şimalında yerləşən Cibaliye Qaçqınlar Düşərgəsindəki Səad bin Əbi Vəqqas məscidini bombalaması nəticəsində bir qadın həlak olub, çoxu uşaq və qadın olmaqla onlarla insan yaralanıb.

Sionist İsrail döyüş təyyarələri də Qəzzanın müxtəlif bölgələrində bir çox məntəqələri hədəfə alıb, nəticədə şəhidlər və yaralananlar olub.

İşğalçı İsrailin 7 oktyabrdan bəri Qəzza zolağında həyata keçirdiyi hücumlarda ən azı 14 min 280-i uşaq, 9 min 340-ı qadın olmaqla 32 min 552 fələstinli şəhid olub, 74 min 980 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilsə də, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR