İsrailin nüvə arsenalı dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhdiddir

İsrailin nüvə arsenalı dünya sülhü və təhlükəsizliyi üçün ciddi təhdiddir

İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani vurğulayıb: İsrail rejimi regionun digər ölkələrini atom bombası ilə məhv etməklə hədələyir və onun nüvə arsenalı regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid hesab edilir.

Az.rasthaber.com xəbər verir ki, İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə yerli vaxtla çərşənbə günü keçirilən iclasında əlavə edib: Bu günün anılması  beynəlxalq ictimaiyyət üçün İsrail rejimini heç bir ilkin şərt olmadan Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə (NPT) qoşulmağa və bütün nüvə obyektlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin tam nəzarətinə açmağa məcbur etmək üçün bir fürsətdir. Mövcud vəziyyət narahatedicidir, çünki İsrail rejimi regionun digər ölkələrini atom bombası ilə məhv etməklə hədələyir və onun nüvə arsenalı regional və qlobal sülh və təhlükəsizliyə ciddi təhdid hesab olunur.

Xəbəri paylaş

VİDEOLAR