İsrailin ən böyük neft emalı zavodunun saytı sındırılıb

İsrailin ən böyük neft emalı zavodunun saytı sındırılıb

Sionist İsrailin neft emalı zavodu olan BAZAN Group-un rəsmi internet saytı sındırılıb.

Az.rasthaber.com xəbər verir ki, Sionist İsrailin ən böyük neft emalı zavodu operatoru olan BAZAN Group-un rəsmi internet saytı kiber hücuma məruz qalıb.

Kiberhücum səbəbindən BAZAN saytına girişin kəsildiyi öyrənilib.

Bu hücuma görə məsuliyyəti “Kiber Avengers” kimi tanınan haker qrupu öz üzərinə götürüb.

BAZAN enerji şirkəti sionist rejimin kimya sənayesinin Avropa ölkələri və Amerikaya ixracının böyük bir hissəsini əlində saxlayaraq, sionist rejimin ən böyük neft-kimya şirkətlərindən biridir.

Xəbəri paylaş

VİDEOLAR