İsrailin məktəblərə hücumları ilə bağlı HƏMAS-dan AÇIQLAMA

İsrailin məktəblərə hücumları ilə bağlı HƏMAS-dan AÇIQLAMA

HƏMAS bəyan edib ki, sionist İsrail döyüş təyyarələri Qəzza şəhərində məcburi köçkün fələstinlilərin sığındığı iki məktəbi bombalayaraq müdafiəsiz mülki insanları məhv etmək, yerindən qoymaq və qorxutmaq məqsədi daşıyır.

Az.rasthaber.com xəbər verir ki, Qəzza şəhərinin şərqindəki Tuffah rayonunda məcburi köçkün fələstinlilərin sığındığı "Əz-Zəhra" və "Abdulfettah Hamud" adlı iki məktəbin bombalanması ilə bağlı Həmas tərəfindən yazılı açıqlama verilib.

Açıqlamada, faşist işğalçı ordusunun yaşayış mərkəzlərində həyata keçirdiyi qırğınların, "Ez-Zehra" və "Abdulfettah Hamud" adlı məktəblərə hücumların 10-cu ildir davam edən hərbi cinayətlər silsiləsinin bir parçası olduğu bildirilib.

Soyqırımçı İsrail hökumətinin müdafiəsiz mülki insanları məhv etmək, köçürmək və qorxutmaq məqsədi ilə bu qətliamları həyata keçirdiyi vurğulanıb.

Qatil İsrailin “Ez-Zehra” və “Abdulfettah Hamud”a təşkil etdiyi hücumlarda aralarında uşaqların da olduğu 15 fələstinli həyatını itirib.

İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 16 min 314-ü uşaq, 10 min 980-i qadın olmaqla 39 min 699 fələstinli şəhid olub, 91 min 722 nəfər yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Xəbəri paylaş

VİDEOLAR