Sionist rejimin keçmiş kəşfiyyatçılarından Amit Yaqur bir məqaləsində yazıb: Qəzza zolağı, Suriya və Livanın yenidən qurulması və “yeni Yaxın Şərq”in yaradılması “İsrail Marşal planı”nın həyata keçirilməsi yolu ilə sionist rejim, ABŞ və İbrahim paktı üzvü ölkələrin əməkdaşlığı ilə həyata keçirilməlidir.
Az.rasthaber.com xəbər verir ki, sionist rejim tərəfindən idarə olunan və ABŞ və İbrahim paktı üzvü olan ölkələrin əməkdaşlığı ilə həyata keçirilən Marşal planı müqavimət mehvəri ölkələrinə nəzarət kampaniyasında qalib gəlmək üçün əsas rıçaqdır və regionda sabitliyə yol açır.
HƏMAS-ın tərksilahı müqabilində Qəzzanın yenidən qurulması müharibənin bitməsindən bir gün sonra yeni regional nizamın reallaşması üçün əsas həll yolu hesab olunur.
Çünki qarşı tərəfin yenidənqurmaya ehtiyacı var və sionist rejim də onları tərksilah etməyə çalışır. Ona görə də İsrailin Marşal planı bu ölkələr və sionist rejim üçün uyğun həll yolu ola bilər.
Livan ölkəsi indi Hizbullahı tərksilah etmək qərarına əvvəlkindən daha yaxındır.