İranın 6 intensiv raket hücumundan sonra İsrailin maliyyə naziri Bezalel Smotriç hadisələri “acı səhər” adlandırıb.
Az.rasthaber.com xəbər verir ki, Əl-Cəzirə telekanalının məlumatına görə, İranın hücumları işğal olunmuş ərazilərdə geniş dağıntılara səbəb olub və İsrail hökumətinin daxilindən ilk reaksiyalar başlayıb.
Hücumlardan sonra açıqlama verən Smotriç deyib: "Şübhəsiz ki, bu səhər israillilər üçün acı bir dad buraxıb".
İranın raket hücumlarından sonra sionist rejimin təhlükəsizlik və siyasi dairələrinin susqunluğu diqqətəlayiq olsa da, hücumların təsirinin böyük olduğu bildirilir.