İsrailin Livana vurduğu ziyanın həcmi açıqlanıb

İsrailin Livana vurduğu ziyanın həcmi açıqlanıb

Livanın İctimai İşlər və Nəqliyyat naziri sionist rejimin bu ölkəyə qarşı son müharibəsinin vurduğu ziyanı 14 milyard dollar qiymətləndirib.

Az.rastahber.com xəbər verir ki, Fayiz Rəsaməni sionist rejimin bu ölkəyə qarşı apardığı müharibənin vurduğu ziyanın təxmini hesabatını verib və bu müharibənin verdiyi itkiləri 14 milyard dollar qiymətləndirib.

“İsrail ordusunun olmadığı bölgələrdə dağıntıların çıxarılması əməliyyatlarına başlanılıb və bərpa işləri üçün Dünya Bankı ilə əməkdaşlıq davam etdirilir” - deyə, o, bildirib.

Rəsaməni Rusiyanın Beyrutdakı səfiri Aleksandr Rudakovla görüşündən də danışıb: “Rusiya səfiri ilə keçirdiyimiz görüşdə o, Livana yardım təklif etdi və iki ölkə arasında iqtisadi əməkdaşlıq məqsədilə bizi Rusiyaya səfərə dəvət etdi.”

Bundan əvvəl Livanın İqtisadiyyat və Ticarət naziri Əmin Səlam “Rossiya Əl-Youm” telekanalına açıqlamasında bildirmişdi ki, sionist rejimin müharibəsi nəticəsində ölkəsinə birbaşa və dolayı itkilər təxminən 15 milyard dollar təşkil edir. Bu zərərlərə təcavüzlər nəticəsində geniş şəkildə dağıntılar, yaşayış məntəqələrinin, dövlət obyektlərinin və infrastrukturun dağıdılması və bu təcavüzlər nəticəsində Livana dəyən dolayı ziyan daxildir.

Xəbəri paylaş

VİDEOLAR