“İsrailin İrana ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağılmasına səbəb olar”

“İsrailin İrana ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağılmasına səbəb olar”

İran prezidenti İbrahim Rəisi bildirib ki, İsrailin ölkəsinin təhlükəsizliyinə qarşı ən kiçik hərəkəti Hayfa və Təl-Əvivin dağıdılmasına gətirib çıxarar.

Az.rasthaber.com xəbər verir ki, Paytaxt Tehranda keçirilən Ordu Günü paradında etdiyi çıxışında İran ordusunu İnqilab əleyhdarı ünsürlər, təkfirçi qruplar və düşmənlər qarşısında güclü maneə adlandıran Rəisi deyib:

“Başda ABŞ olmaqla qeyri-regional qüvvələr Yaxın Şərqdə sabitszliyə səbəb olub və onlar dərhal bölgəni tərk etməlidir. İran Silahlı Qüvvələrinin bölgədə olması təhlükəsizliyə töhfə verir.

  İsrail hökumətinin – düşmənlərin, xüsusilə sionist rejimin İrana qarşı hücum təhdidi, ölkəmizə qarşı ən kiçik bir addımı İran Silahlı Qüvvələrinin sərt reaksiyası - Hayfa və Təl-Əviv şəhərlərinin dağıdılması ilə nəticələnər”.

Xəbəri paylaş

VİDEOLAR