İsrail rejiminin Müdafiə Nazirliyi və ordusunun birgə inşa etdiyi divarın tikintisinin başa çatması ilə bağlı mərasim keçirilib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, tədbirdə rejimin müdafiə naziri Benni Qantz, Baş Qərargah rəisi Aviv Koçavi və bir çox yüksək səviyyəli şəxsər iştirak ediblər.
Mövzu ilə bağlı edilən yazılı açıqlamada deyilib:
“Divar bir sensorlu yeraltı səddən, hündürlüyü 6 metrdən artıq olan ağıllı hasardan, dənizdən müdaxilələri aşkar etmək üçün vasitələri olan dəniz baryerindən, uzaqdan idarə olunan silah sistemi, bir sıra radarlar və kameralar və kokpitlər olmaqla bir-birini tamamlayan 5 tədbirdən ibarətdir".
Qeyd edək ki, İsrail 2002-ci ildə inşa etməyə başladığı Ayrılıq (Utanc) Divarının tikintisini tamamlamağa çalışır. İsrail divarı "təhlükəsizlik məqsədilə inşa etdiyini" iddia etsə də, fələstinlilər və BMT bunun Fələstin torpaqlarının İsrailə ilhaqı məqsədi ilə tikildiyini bəyan edirlər.