İsrailin Cenin bölgəsinə təşkil etdiyi hücumlarda 11 fələstinli şəhid olub

İsrailin Cenin bölgəsinə təşkil etdiyi hücumlarda 11 fələstinli şəhid olub

Sionist rejim ordusunun işğal altındakı İordan çayının qərb sahilinin Cenin şəhərinə dünəndən bəri həyata keçirdiyi hücumlarda şəhid olan fələstinlilərin sayı 11-ə yüksəlib.

Az.rasthaber.com xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin bəyanatına əsasən, çərşənbə axşamından etibarən sionist rejimin Cənin şəhəri və buradakı qaçqın düşərgəsinə hücumları nəticəsində 4-ü uşaq olmaqla 11 nəfər şəhid olub, 25 nəfər yaralanıb.

Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti öz səhifəsində məlumat yayıb

Sionist rejim ordusu çərşənbə axşamından etibarən fələstinlilərin evlərini mühasirəyə alaraq işğal altındakı İordan çayının qərb sahilinin Ceninin şəhəri və oradakı qaçqın düşərgəsinin müxtəlif məhəllələrində basqınlar həyata keçirir.

Şəhərə əlavə qüvvələr göndərməklə hərbi mövcudluğunu gücləndirən sionist rejim ordusu onu müşayiət edən hərbi buldozerlərlə infrastrukturu məhv edir.

Xəbəri paylaş

VİDEOLAR