İsrailin bitməyən zülmü: 17 yaşlı fələstinlini başından güllələdilər

İsrailin bitməyən zülmü: 17 yaşlı fələstinlini başından güllələdilər

İsrail qüvvələri İordan çayının Qərb sahilində gənc fələstinlini qətlə yetirib.

Az.rasthaber.com “Anadolu”-ya istinadən xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyindən məlumat verilib.

Belə ki, 17 yaşlı Cəbrayıl əl-Ləda Əriha şəhərində yerləşən Əqabətu-Cəbr qaçqın düşərgəsində başından güllələnərək həyatını itirib.

Həmçinin daha 6 fələstinli də yaralanıb. Onlardan 3-nün vəziyyəti ağır olaraq qiymətləndirilir.

Qeyd edilib ki, cari ilin əvvəlindən təxminən 100 fələstinli qətlə yetirilib.

Xəbəri paylaş

VİDEOLAR