Sionist İsrailin Baş Qərargah rəisi Herzi Halevinin Qəzzada müharibənin davam etdirilməsi planını təsdiqlədiyi bildirilib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusunun sözçüsü Daniel Həcəri Təl-Əvivdə Müdafiə Nazirliyində keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı məlumat verib.
"Baş Qərargah rəisi cənub cəbhəsində (Qəzza) "əməliyyatların" davam etdirilməsi planını təsdiqləyib", - Həcəri bildirib.