İsrailin baş naziri siyasətdən ayrıldığını bildirib

İsrailin baş naziri siyasətdən ayrıldığını bildirib

İsrailin baş naziri Naftalı Bennet Knessetin və hökumətin buraxılması ilə siyasətdən ayrıldığını bildirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Knessetin buraxılması təsdiqini tapandan sonra Bennet mətbuata açıqlama verib və baş nazirlik kürsüsündən ayrılmaqda olduğunu bildirib.

O həmçinin başçılıq etdiyi partiyanın rəhbərliyindən və ümumiyyətlə siyasi fəaliyyətdən uzaqlaşacağını deyib.

Ötən ay İsraildə koalisiya hökumətini Knessetdə təmsil edən nümayəndələrdən bir qisminin Likud kimi digər partiyaların cərgəsinə keçməsi ilə hökumət özünü buraxmalı olub.

Koalisiya hökumətinin baş naziri Naftalı Bennetin qərarı ilə Knesset də buraxılıb.

Bu arada İsraildə KİV-lərin apardığı son sorğuya görə gələn seçkilərdə Benyamin Netanyahunun tərəfdarları daha çox şansa malik olacaqlar.

Xəbəri paylaş

VİDEOLAR