İsrailin baş naziri Fələstin Muxtariyyətinin lideri ilə telefonla danışmaqdan imtina edib

İsrailin baş naziri Fələstin Muxtariyyətinin lideri ilə telefonla danışmaqdan imtina edib

İsrailin baş naziri Lair Lapid Fələstin Muxtariyyətinin lideri Mahmud Abbasla danışmaqdan imtina edib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Fələstin Muxtariyyətinin lideri ilə baş nazir Yair Lapid arasında telefonla danışıq barədə əvvəldən razılıq olsa da, sonradan baş nazir bundan imtina edib.

Fələstinli mənbələr bu addımı İsrail baş nazirinin Mahmud Abbası təhqir etməsi kimi qələmə veriblər.

Lakin buna baxmayaraq, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas İsrailin prezidenti İsak Herzoqa zəng edərək, onu yeni yəhudi ilinin gəlişi münasibətilə təbrik edib.

Qeyd edək ki, HƏMAS, “İslami Cihad” və sair fələstinli hərəkatlar Mahmud Abbasın bu addımını tənqid ediblər.

Fələstinli hərəkatlar həmçinin Fələstin Muxtariyyətinin təhlükəsizlik qurumları ilə İsrail Ordusu arasında təhlükəsizlik sahəsində koordinasiyanın ləğvini tələb edirlər.

Xəbəri paylaş

VİDEOLAR