Bu barədə Suriya mətbuatı məlumat verib.
Az.rasthaber.com-un Eastnews.org-a verdiyi xəbərə görə, ötən gecə İsrail rejimi hərbi aviasiyası Suriya ərazisinə növbəti dəfə hücum edib.
Məlumata əsasən, ötən gecə 23:34 radələrində İsrail hərbi aviasiyası Suriyanın cənubunda yerləşən Palmira şəhərinin ətrafında yerləşən radio rabitə qovşağı və suriyalı hərbçilərin mövqelərinə zərbələr endirib. Zərbələr nəticəsində azı 1 suriyalı hərbçi ölüb, 3-ü isə yaralanıb.
İsrail rejimi aviasiyasının ABŞ-ın nəzarətində olan Ət-Tənf əraizisi üzərindən hücuma keçdiyi qeyd edilir.
Xatırladaq ki, bir neçə gün öncə adıçəkilən ərazidən İsrail qüvvələri Homs vilayətində yerləşən “T-4” hərbi hava bazası ərazisinə hücum etmişdi.