Sionist İsrailin Suriyanın Homs əyalətinə hava hücumu təşkil etdiyi açıqlanıb.
Az.rasthaber.com xəbər verir ki, Suriyada hökumətə yaxınlığı ilə tanınan sosial media hesabları İsrail təyyarələrinin Livan sərhədinə yaxın Homs şəhərinin şərqini hədəf aldığını bildirib.
Bəzi mənbələr Homsun Qusayr rayonunda Hərbi Dabaa Hava Limanına raket hücumu edildiyini açıqlayıb.
Bildirilib ki, hava hücumundan müdafiə sistemləri cavab verib və “düşmənin iki raketini” vurub.
Hücum nəticəsində 4 əsgərin yaralandığı bildirilib.
Digər tərəfdən, sionist İsrail məsələ ilə bağlı açıqlama verməyib.
Sionist İsrail 2011-ci ildə vətəndaş müharibəsi başlayandan bəri Suriyada zaman-zaman hücumlar həyata keçirir.