Bu barədə hərbi mənbədən məlumat verilib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, Suriyanın Hpms əyalətindəki obyektlər İsrail tərəfindən hava hücumuna məruz qalıb.
Qeyd edilib ki, ötən gün yerli vaxtla 19:16 radələrində İsrail tərəfi Beyrutun şimalından Suriyanın mərkəzi və sahil rayonlarındakı bəzi obyektlərə zərbələr endirib.
Suriya hava hücumundan müdafiə (HHM) vasitələri İsrail raketlərinin əksəriyyətini vurub.
Nəticədə 2 suriyalı hərbçi xəsarət alıb. Həmçinin maddi ziyan dəyib.