26.04.2021 14:55:45
İsrail Qəzza sahillərində yaşayan və gündəlik tələbatını balıqçılıqla ödəyən fələstinlilərə balıq tutmalarını qadağan edib
Rasthaber Azərbaycan xəbər verir ki, İsrail blokadada saxladığı Qəzza sektoru sahillərində fələstinlilərin balıq tutmasını tam qadağan etdi.
Qərar 26 aprel 06:00-dan qüvvəyə minib.
Qeyd edək ki, balıqçılıq Qəzzada yaşayan böyük sayda insanın əsas və yeganə gəlir mənbəyidir.