İsraildən İrana hücum cəhdi

İsraildən İrana hücum cəhdi

ABŞ mediası sionist İsrailin İrana cavab hücumu təşkil etdiyini açıqlayıb. İran mediası İsfahan şəhərində hava limanı yaxınlığında partlayışların baş verdiyini açıqlayıb. İranda bütün uçuşlar dayandırılıb.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin İrana hücumu xəbəri ilk dəfə Amerika rəsmisinə əsaslanaraq Amerikanın ABC News kanalı tərəfindən yayıldı, daha sonra CBS News və CNN kanalları vasitəsilə öz izləyicilərinə çatdırıldı.

Adı açıqlanmayan ABŞ rəsmilərinə əsaslanan məlumatlara görə, sionist İsrail yerli vaxtla cümə günü səhər tezdən İrana qarşı əks-hücum təşkil edib.

ABC News qeyd edib ki, sionist İsrailin də Suriya və İraqda bəzi bölgələrə hücum etməsi ilə bağlı iddialar təsdiqini tapmayıb.

İran mediası İran Hərbi Hava Qüvvələri bazasının yerləşdiyi İsfahan vilayətinin şimal-şərqində partlayış səslərinin eşidildiyini bildirib.

"Xəbər mənbələri İsfahan əyalətində nisbətən güclü partlayışın eşidildiyini bildirir. Bu səsin mənbəyi hələ açıqlanmayıb", - dövlət televiziyası bildirib.

Yarı rəsmi Fars Xəbər Agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, İsfahanın şimal-şərqində yerləşən Kehcavaristan şəhərində partlayış səsi eşidilib.

Bu səslərin səbəbinin hələ məlum olmadığını bildirən Fars, Kehcavaristan şəhərinin İsfahan Hava Limanı və Ordu Hərbi Hava Qüvvələrinin 8-ci Bazasının yaxınlığında yerləşdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR