İsraildən etiraf: Müharibə olsa, Hizbullah hər gün 2 min raket atacaq

İsraildən etiraf: Müharibə olsa, Hizbullah hər gün 2 min raket atacaq

İsrail rejiminin yüksək rütbəlli hərbi rəsmisi müharibə baş verəcəyi təqdirdə Hizbullah tərəfindən günə iki min raketin atılacağını bildirib.

Az.rasthaber.com İran mediasına istinadən xəbər verir ki, bu barədə İsrail rejiminin “Daxili Cəbhəsi Ordusu”nun komandanı general-mayor Uri Qordin bildirib.

İsrail generalı Livanda baş verən son hadisələrə münasibət bildirib və möhtəməl müharibənin fəsadları barədə danışıb.

O deyib ki, son Qəzza müharibəsində İsrailə rekord həddə raketlər atılıb və müharibə şimal cəbhələrində də olsa, Hizbullah tərəfindən bu rəqəmin beşqatı atılacaq.

İsrail rejiminin hərbi mənbələri Hizbullahın raket arsenalında minimum 120 min raketin olduğunu qeyd edir.

Xəbəri paylaş

VİDEOLAR