Əl-Cəzirə telekanalının verdiyi məlumata görə, çərşənbə günü sionist İsrail rejiminin Qəzza zolağının müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda ən azı 26 nəfər şəhid olub.
Az.rasthaber.com xəbər verir ki, Qəzzadakı xəstəxanalardakı vəziyyət tibbi avadanlıq və dərman çatışmazlığı səbəbindən kritikdir, yaralıların çoxu ölüm riski altındadır.
Yerli mənbələr Fələstin İslami Müqavimət Hərəkatının Həmas sözçüsü Əbdüllətif əl-Qanunun sionist İsrailin Qəzza zolağının şimalındakı Cəbəliyə şəhərinə təşkil etdiyi hücumda şəhid olduğunu bildirib.