İsraildən ABŞ və İranı açıqlaması

İsraildən ABŞ və İranı açıqlaması

ABŞ hərbçiləri heç zaman İranın nüvə obyektlərinə zərbə endirməyəcəklər və ola bilsin ki, bu məsələdə İsrail müstəqil davranmaq məcburiyyətində qalacaq.

Rasthaber Azərbaycan xəbər verir ki, bunu İsrailin ictimai radio korporasiyasına (KAN) müsahibəsində ölkəsinin İslam Respublikasının nüvə proqramına dair mümkün addımlarını dəyərləndirən Knessetin deputatı Saxi Haneqbi deyib.

O qeyd edib ki, bəlkə də gələcəkdə Tehranın nüvə proqramını başqa yolla dayandırmaq mümkün olmayacaq: “ABŞ heç zaman İranın nüvə obyektlərini hədəfə almayacaq. Bu təhlükəni aradan qaldırmaq üçün İsrail təkbaşına hərəkət etməli olacaq”.

Haneqbi iranlıların adekvat cavab addımlarına qadir olduqlarını şübhə altına alaraq, “İsrail nüvə İranı ilə barışıb-barışmayacağına dair qərar verməlidir” söyləyib.

Qeyd edək ki, İsrailin energetika naziri Şval Şteynits bildirib ki, İran 1-2 il ərzində nüvə bombasına yiyələnəcək.

Xəbəri paylaş

VİDEOLAR