İşğalçı İsrailin baş naziri Benyamin Netanyahunun müdafiə naziri Yoav Qalantı istefaya göndərməsindən sonra Təl-Əvivdə etiraz aksiyaları başlayıb.
Az.rasthaber.com xəbər verir ki, aksiya iştirakçıları şəhərin mərkəzi Ayalon magistral yolunu bağlayıblar.
Sionist rejimin müharibə naziri Yoav Qallantın vəzifəsindən azad edilməsindən sonra işğal olunmuş ərazilərdə sionistlərin etiraz və nümayişləri davam edərkən, bəzi xəbər mənbələri Binyamin Netanyahunun baş nazirin iqamətgahından qaçdığını bildirir.
Netanyahunun sionist rejimin müharibə naziri Yoav Qallantı işdən çıxarmasından sonra işğal olunmuş ərazilərdə on minlərlə sionist küçələrə çıxıb və nümayişlərə başlayıb.
İşğal altında olan Qüdsdə nümayişçilər Netanyahunun Qeysəriyyədəki evinin qarşısında quraşdırılmış maneələri keçərək polislə toqquşub.
Bəzi xəbər mənbələri həmçinin sionistlərin kütləvi nümayişlərindən sonra Benyamin Netanyahunun baş nazirin iqamətgahından tələsik şəkildə qaçdığını bildiriblər.
Müxalifətdəki Yeş Atid partiyasının lideri Yair Lapid müharibənin qızğın vaxtında Yoav Qalantın işdən çıxarılmasını “dəlilik aktı” adlandırıb.
Netanyahunun sözlərinə görə, onunla müdafiə naziri arasında aradan qaldırılması mümkün olmayan fikir ayrılıqları yaranıb. O, müdafiə nazirinin yerinə İsrail Xarici İşlər Nazirliyinin rəhbəri İsrael Katzı təyin edib. Yeni xarici işlər naziri Gideon Saar portfelsiz nazir olacaq.