İsraildə nə məhdudiyyətə, nə polisə məhəl qoymayan 20 min nəfər dəfn mərasiminə qatıldı

İsraildə nə məhdudiyyətə, nə polisə məhəl qoymayan 20 min nəfər dəfn mərasiminə qatıldı

İsraildə koronovirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərə məhəl qoymayan on minlərlə insan vəfat etmiş iki ravvinin dəfn mərasiminə qatılıb.

Rasthaber Azərbaycan İsrail KİV-inə istinadla xəbər verir ki, bazar günü ravvin David Soloveyçikin dəfninə 20 min insan qatılıb. Bazar ertəsinə keçən gecə isə bir o qədər şəxs İtshak Şayneri son mənzilə yola salmağa gəlib.

İradlarla üzləşən İsrail polisinin rəsmi nümayəndəsi Mixail Zingerman bildirib ki, hüquq mühafizə orqanları bilərəkdən izdihamı dağıtmamaq barədə qərar qəbul edib.

“Dəfnə on minlərlə insan qatılıb. Biz güc tətbiq edəcəyimiz təqdirdə qan axmasının qarşısını almaq mümkünsüz olacaqdı. Bunu isə heç kim istəmirdi”, – polis nümayəndəsi deyib.

Onun sözlərinə görə, polis mərasim zamanı təhlükəsizliyin təminatı və nəqliyyat axınının tənzimlənməsi ilə məşğul olub.

Xəbəri paylaş

VİDEOLAR