8.06.2020 10:10:15
İsraildə yeni növ koronavirusa yoluxanların sayı 17 863 nəfərə çatıb.
Trend-in "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, koronavirusa yoluxanlardan 298 nəfəri dünyasını dəyişib, 15 091 nəfər isə sağalaraq evə buraxılıb.
Bildirilir ki, hazırda koronavirusdan müalicəsini davam etdirənlərdən 27 nəfərinin vəziyyəti ağırdır.