İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 1 848 nəfər yoluxub.
Rasthaber Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 298 500 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 251 711 nəfəri sağalıb, 2 098 nəfəri isə vəfat edib.
Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 44 688 nəfər təşkil edir.