13.12.2019 23:19:55
İsraildəki fələstinlilər yaşayan kəndlərdə evlərin divarlarına Həzrəti Məhəmməd və ərəblərə ağır təhqirlər yazılıb
Rasthaber Azərbaycan xəbər verir ki, İsraildəki Fələstin kəndinə baş vermiş hücumda evlərin divarlarına Həzrəti Məhəmməd və ərəblərə ağır təhqirlər yazılaraq maşınlara ziyan verilib.
Haaretz qəzetində verilən məlumata görə, İsrailin şimalındakı Manşiya Zabda kəndinə dünən gecə naməlum şəxslər tərəfindən irqçi hücumlar təşkil oluub.
Kənddəki iki evin divarına Həzrəti Məhəmmədə ağır təhqirlər, həmçinin fələstinliləri hədəf alan şüarlar yazılıb.
Maşınlara da ziyan verən irqçilərin axtarışı ilə bağlı polisin araşdırmalara başladığı önə çəkilir.
Fələstinlilərə aid mülkləri hədəf alan hücumlarla gündəmə gələn radikal yəhudi təşkilar "Bədəl ödətmə", işğal altındakı Şərqi Qüds və İordan Çayının Qərb sahillərilə yanaşı, İsraildəki fələstin şəhər və kəndlərində də oxşar hücumlar həyata keçiririb.