İsraildə etirazlar səngimir: On minlərlə insan parlamentin qarşısına toplaşdı

İsraildə etirazlar səngimir: On minlərlə insan parlamentin qarşısına toplaşdı

İsraildə on minlərlə insan məhbus mübadiləsi və atəşkəs tələbi ilə parlament qarşısında nümayiş keçirib.

Az.rasthaber.com xəbər verir ki, Qəzzada əsirlərin qaytarılmasına və növbədənkənar seçkilərə laqeyd münasibət göstərdiyi üçün ölkə tarixinin “ən sağçı hökuməti”nin istefasını tələb edən İsrail müxalifət qruplarının təşkil etdiyi nümayişlərdə artım müşahidə olunur.

Hökumət əleyhinə etirazçılar sionist İsrail parlamentinin qarşısındakı çadırlarda nümayişlərini davam etdirərək, Qəzza zolağında israilli məhbusların azad edilməsi üçün HƏMAS-la razılaşma tələb ediblər.

Qəzzadakı israilli məhbusların yaxınları və onların tərəfdarları da daxil olmaqla 50 mindən çox nümayişçi parlamentin qarşısına toplaşıb.

Etirazçılar Netanyahu və hökumət əleyhinə şüarlar səsləndirib, nağara və fit çalıb, israilli məhbusların fotolarını və “onları geri qaytarın” yazıları daşıyıb və hökuməti “məhbusları taleyinə buraxmaqda” ittiham edən şüarlar səsləndiriblər.

Xəbəri paylaş

VİDEOLAR