İşğalçı İsrail rejimi müxalifəti Knessetin (parlament) yay sessiyasının başlaması ərəfəsində məhkəmə islahatlarına qarşı növbəti kütləvi nümayiş keçirib.
Ən böyük aksiya ənənəvi olaraq Təl-Əvivdə dövlət müəssisələri kompleksi yaxınlığında keçirilib
Sionist rejimin 13 telekanalının hesablamalarına əsasən, Tel-Əviv mitinqində 209 minə yaxın insan iştirak edib. On minlərlə insanı bir araya gətirən aksiyalar Hayfa, Kfar-Sava və Netanyada keçirilib. Daha kiçik nümayişlər işğalçı İsrailin onlarla başqa şəhərində keçirilib.