İsrail həbsxanalarındakı 257 fələstinli məhbus həbsxana rəhbərliyinin davam edən cinayətlərinə etiraz əlaməti olaraq aclıq aksiyasını davam etdirir.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, artıq uzun müddətdir aclıq keçirən 7 məhbusun vəziyyəti ağırdır və taqətdən düşmə və çox çəki itirmə səbəbi ilə həyatları risk altındadır.
250 məhbus isə 4 gündür ki, aclıq aksiyasını davam etdirir.
Qeyd edək ki, İsrail rejimi həbsxanalarındakı 5 minə yaxın fələstinli məhbus sərt və ağır şəraitdə saxlanılır, o cümlədən də 600 məhbusun təcili tibbi yardıma ehtiyacı var.