İsrail zindanlarında saxlanılan fələstinli jurnalistlərin sayı açıqlandı

İsrail zindanlarında saxlanılan fələstinli jurnalistlərin sayı açıqlandı

Bu barədə Qəzza sektorundakı hökumətin informasiya ofisi məlumat verib.

Az.rasthaber.com “palinfo”-ya istinadən xəbər verir ki, hazırda İsrail rejimi zindanlarında 19 fələstinli jurnalist saxlanılır.

Qeyd edilib ki, cari ilin əvvəlində fələstinli KİV əməkdaşlarına qarşı İsrail rejimi tərəfindən 881 qanun pozuntusu baş verib.

Bildirilib ki, İsrail rejiminin may ayındakı Qəzzanı bombardman etməsi zamanı 1 jurnalist qətlə yetirilib və 13-ü yaralanıb, həmçinin KİV əməkdaşları və onların ailə üzvlərinin yaşadığı 23 ev məhv edilib.

Həmin bombardmanlar dövründə xarici informasiya və reklam şirkətlərinə məxsus 57 ofis də bombalanıb.

Əlavə edilib ki, 34 fələstinli xanım da zindanlarda saxlanılır.

Xəbəri paylaş

VİDEOLAR