İsrail yeni bir qətliam üçün hərəkətə keçdi

İsrail yeni bir qətliam üçün hərəkətə keçdi

Sionist İsrail ordusu şimaldakı Hermon və Dov dağlarında fəaliyyət göstərmək üçün qurduqları 810-cu Dağ Briqadasının Livan hücumunu təqlid edərək ilk təlimini keçirdiyini açıqlayıb.

Az.rasthaber.com xəbər verir ki, aylardır Qəzza zolağında günahsız mülki əhalini qətlə yetirən İsrail Livana qarşı quru əməliyyatına başlamaq üçün rəsmən hərəkətə keçib.

İsrail ordusundan verilən yazılı açıqlamada, Hermon və Dov dağlarına təyin olunmaq üçün yeni qurduqları 810-cu Dağ Briqadasının manevri ilə bağlı məlumat verilib.

Açıqlamada bildirilib ki, təlimdə “Livanın sıx bitki örtüyü olan ərazilərində və yaşayış məntəqələrində qarşıdurmalar da daxil olmaqla, hücum ssenariləri” var.

Xəbəri paylaş

VİDEOLAR