Sionist İsrailin İrana qarşı başlatdığı hücumların 9-cu günündə şiddətli toqquşmalar davam edir. Gecə saatlarında İran İsrailin soyqırım törətmiş paytaxtı Təl-Əvivə cavab hücumu həyata keçirib.
Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin paytaxtı Təl-Əvivdə yenidən sirenlər səslənib. Gecə saatlarında İran Tel-Əvivə cavab hücumu həyata keçirib.
Təl-Əvivdə çoxsaylı partlayış səsləri eşidilib. İsrail mediası İrandan 5 raketin atıldığını və hücumdan sonra raketdən müdafiə sisteminin hissələrinin düşməsi nəticəsində binanın damında yanğın baş verdiyini bildirib.
İsrailin hava hücumundan müdafiə sistemləri İranın cavab hücumları qarşısında yenidən sıradan çıxıb.