İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

İsrail təyyarələri yenidən Livanın hava məkanını pozub

İsrail işğal eltiyi “Məzare-Şəba” bölgəsi istiqamətindən yenidən Livan səmasına daxil olub və şərti hədəfləri vurmaqla bağlı sınaq uçuşları həyata keçirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, İsrailin hərbi təyyarələri bu gün “Məzare-Şəba” istiqamətindən Livanın səmasına daxil olaraq cənub əyalətlərin üzərində şərti hədəfləri vurmaqla bağlı sınaq uçuşları həyata keçiriblər.

Qeyd edək ki, Livan hal-hazırda ABŞ vasitəsi ilə İsraillə Aralıq dənizində münaqişəli Kariş qaz yatağının vəziyyətinə dair danışıqlar aparır. Bu danışıqlar bir neçə aydır davam edir. Həmçinin Livanın “Məzare-Şəba” və “Kəfar-Şuba Təpələri”nin İsrail tərəfindən işğalda saxlanılması tərəflər arasında gərginliyi gündəmdə saxlayan amillərdən biridir.

Xəbəri paylaş

VİDEOLAR