"The Begin-Sadat Strategic Studies" düşüncə qurumu tərəfindən çıxan "Qüds və Afinanın diplomatik fürsətləri" adlı məqalədə yazılır...
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İsrailin bir düşüncə mərkəzi Amerika Birləşmiş Ştatlarının Türkiyənin qatılmadığı Şərqi Aralıq dənizi Qaz Forumu istədiyini yazıb.
İsrail hökumətinə bağlı Bar İlan Universiteti bünyəsindəki "The Begin-Sadat Strategic Studies" düşüncə qurumu tərəfindən çıxan "Qüds və Afinanın diplomatik fürsətləri" adlı məqalədə ABŞ-ın Türkiyənin olmadığı Şərqi Aralıq dənizi Qaz Forumu fikirlərinə yer verib. Məqalədə Yunanıstan, Cənub Kipr, İsrail, Misir, İtaliya, İordaniya və Fələstinin olduğu forumda Türkiyənin “iştirak riskləri”nə toxunulub, Amerikanın yanaşma vacibliyi vurğulanıb, ABŞ-a bu forumda İsrail və Yunanıstanın daha vacib olduğu, bu yolda faydaların olacağı “məsləhət”i verilib.
Qeyd edək ki, Şərqi Aralıq dənizi Qaz Forumu Misirin ev sahibliyilə 16 yanvar 2019-cu ildə Yunanıstan, Cənubi Kipr, İsrail, Misir, İtaliya və İordaniya enerji nazirlərinin iştirakıyla təşkil edilib.