İsrail tanklarla İordan çayının qərb sahilinə hücum edib

İsrail tanklarla İordan çayının qərb sahilinə hücum edib

Soyqırım törədən İsrail ordusu 22 ildən sonra ilk dəfə İordan çayının qərb sahilinə tanklarla girərək Cenin Qaçqınlar Düşərgəsinə basqın edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrail ordusu 2002-ci ildən bəri ilk dəfə tanklarla işğal altındakı İordan çayının qərb sahilinə daxil olub və Cenin Qaçqınlar Düşərgəsinə basqın edib. Üç tank və hərbi maşının iştirak etdiyi əməliyyatda bölgədəki fələstinli uşaqların tanklara daş atan görüntüləri yerli mediada paylaşılıb.

Bu basqın 2002-ci ildə İkinci İntifada zamanı sionist İsrailin İordan çayının qərb sahilində keçirdiyi “Müdafiə Qalxanı” əməliyyatını xatırladırdı. İsrail ordusu gün ərzində verdiyi açıqlamada İordan çayının qərb sahilindəki hərbi əməliyyatını genişləndirəcəyini və 22 ildən sonra ilk dəfə tanklarla Ceninə girəcəyini açıqlayıb.

Qəzzada əldə edilən atəşkəs və məhbus mübadiləsi razılaşmasının ardından İsrail 21 yanvarda Ceninə hücumlarını artıraraq, bu əməliyyatı kənd yerlərini əhatə etdiyini açıqlayıb. İsrail mətbuatında yer alan xəbərlərə görə, tankların Cenin şəhəri ətrafında yerləşdirildiyi bildirilir.

Xəbəri paylaş

VİDEOLAR