İsrail tanınmış fələstinli fəalı 40 il həbsdən sonra sərbəst buraxıb

İsrail tanınmış fələstinli fəalı 40 il həbsdən sonra sərbəst buraxıb

Fələstinin Fəth Hərəkatının Mərkəzi Komitəsinin sabiq üzvü, Kərim Yunis 40 il həbs həyatı yaşadıqdan sonra sərbəst buraxılıb.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Fələstinin “Əsir və Məhbuslar Nazirliyi” məlumat yayıb.

Bildirilib ki, Kərim Yunisin azadlığa buraxılması öncədən xəbər edilmədən və ani həyata keçirilib. Nazirlik bildirib ki, bundan məqsəd məhbusun qarşılanması üçün toplantının keçirilməsinin qarşısını almaq olub.

Fələstinlilər arasında “Əsirlərin başçısı” ləqəbi ilə tanınan fəal 40 il öncə həbs edilmişdi.

Fələstinin İnsan Haqları Təşkilatlarının hesabatında deyilir ki, İsrail təhlükəsizlik xidməti ötən 2022-ci ildə İordan çayının qərb sahili və Qəzza zolağında 882-si uşaq və 172-si qadın olmaqla, 7 min fələstinlini həbs edib. Onların çoxu sonra azad edilib. Lakin son statistikaya görə, 2022-ci ilin sonuna qədər İsrail həbsxanalarında 29 qadın və 150 uşaq olmaqla 4,700 fələstinli məhbus var.

Onların arasında Fələstin Parlamentinin 5 deputatı və 15 jurnalist var. Fələstinli məhbuslar arasında 330-u 1993-cü ildə Oslo razılaşmasının imzalanmasından əvvəl, 20 ildən çox müddətində həbs edilib, 552 məhbus isə ömürlük həbs cəzasına məhkum edilib.

Xəbəri paylaş

VİDEOLAR