İsrail Suriyaya yenidən hücum edib

İsrail Suriyaya yenidən hücum edib

Sionist İsrailin döyüş təyyarələri Suriyanın mərkəzində yerləşən Homs əyalətində Suriya ordusuna məxsus hərbi məntəqələri hədəfə alıb.

Az.rasthaber.com xəbər verir ki, İsrail döyüş təyyarələri Suriyanın Homs vilayətinin Tedmur rayonundakı T4 Hərbi Hava Limanı və hərbi məntəqələrə hava zərbələri endirib.

Hücumda hər hansı itki olub-olmadığı bilinmir və Suriya hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR