İsrail rejimi Suriyanın cənubuna zərbələr endirib.
Az.rasthaber.com SANA-ya istinadən xəbər verir ki, bu barədə yerli mənbələrdən məlumat verilib.
Suriya ordusunun mövqelərinə qarşı edilən hücum yerli vaxtla 00:50-da baş verib.
“HHM sistemləri düşmən mərmilərinin əksəriyyətini vura bilib”, - deyə qeyd edilib.
Xatırladaq ki, İsrail rejimi 2011-ci ildən bəri vaxtaşırı şəkildə Suriyaya hücumlar edir. Zərbələr adətən axşam və ya gecə saatlarında endirilir.