İsrail Suriyanın ticari limanına hücum etdi

İsrail Suriyanın ticari limanına hücum etdi

Bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

Az.rasthaber.com “RİA Novosti”-yə istinadən xəbər verir ki, İsrail rejimi Suriyanın liman şəhəri olan Laziqiyyəyə hücum edib.

Belə ki, yerli vaxtla 3.21 İsrail rejimi qüvvələri Aralıq dənizi istiqamətindən Laziqiyyə ticarət limanının konteyner meydançasına raket zərbələri endirib.

Qeyd edilib ki, hücuma məruz qalan ərazidə yanğın baş verib, iri həcmdə maddi ziyan dəyib.

Suriyanın HHM sistemləri hücumun dəf edilməsi üçün işə düşüb.

Xəbəri paylaş

VİDEOLAR