İsrail Suriyanın şərqinə hücum edib

İsrail Suriyanın şərqinə hücum edib

Suriyanın şərqindəki yerli media Deyr əz-Zor ətrafında şiddətli partlayışların olduğunu və bunun sionist İsrail rejiminin bölgədəki silah-sursat anbarlarına hava zərbələri endirməsi ilə bağlı olduğunu bildirib.

Az.rasthaber.com xəbər verir ki, Tasnim Xəbər Agentliyi bu səhər (çərşənbə axşamı) Deyr əz-Zor şəhəri ətrafında baş verən partlayışları əks etdirən Suriya mediasından canlı görüntülər paylaşıb.

Suriyanın şərqindəki Deyr əz-Zor şəhərində eşidilən partlayışların İsrail döyüş təyyarələrinin şəhərdəki sursat və silah anbarını hədəf alması ilə bağlı olduğu bildirilir.

Bəşər Əsəd hökumətinin süqutundan sonra sionist İsrail rejimi Suriya ordusunun böyük hissəsinin hərbi və müdafiə qüdrətini məhv edib və bu ölkənin bəzi hissələrini (işğal olunmuş Colan təpələri istisna olmaqla) işğal edib.

Qatil İsrail ordusu bu xəbərlə bağlı indiyə qədər heç bir açıqlama verməyib.

Xəbəri paylaş

VİDEOLAR