İsrail Suriyada hərbi bazalar tikir

İsrail Suriyada hərbi bazalar tikir

İsrail yeni işğal etdiyi Suriya ərazilərində oturuşmağa davam edir.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, peyk fotolarına əsasən, İsrail ordusu yeni işğal etdiyi Suriya torpaqlarında, xüsusilə də Şeyx dağında ən azı 7 hərbi baza tikir.

Xatırladaq ki, dekabr ayında Suriya prezidenti Bəşər Əsədin devrilməsindən sonra İsrail ordusu Suriyanın cənub ərazilərinə daxil olaraq yeni əraziləri işğal edib.

Əsədin devrilməsindən İsrail Suriya ordusundan qalan hərbi infrastruktur və obyektləri, qırıcıları, tankları, silah anbarlarını, donanmanı məhv etməyə başlayıb.

Hazırda İsrail ordusu paytaxt Dəməşqdən cəmi 25 km məsafədədir.

Xatırladaq ki, İsrail 1967-ci ildən Qolan yüksəkliklərini işğal altında saxlayır.

Xəbəri paylaş

VİDEOLAR