Bildirilib ki, sionist İsrail Livanla sərhəd keçidinin Suriya tərəfi olan Vadi Xalid bölgəsinə hava zərbələri endirib.
Az.rasthaber.com xəbər verir ki, Təsnim Xəbər Agentliyinin verdiyi məlumata görə, sionist İsrail Livanla sərhəd keçidinin Suriya tərəfi olan Vadi Xalid bölgəsinə hava hücumları həyata keçirib. Xəbərdə hücum nəticəsində bir körpünün dağıldığı bildirilib.
Suriya keçid hökumətinə bağlı telekanal da İsrail rejiminin Suriya ilə Livan sərhədi olan Homs əyalətinin qərb hissəsinə hava zərbələri endirməsi xəbərini təsdiqləyib.
Təl-Əviv rejimi İsrail ordusunun Suriya-Livan sərhədindəki bir bölgəyə hücum etdiyini təsdiqləsə də, Hizbullahın Livan ərazisinə silah daşımaq üçün bu marşrutdan istifadə etdiyini iddia etdi!
Suriya İnsan Haqları Müşahidə Qrupu həmçinin bildirib ki, hücumların məqsədi Suriya ərazisində Vadi Xalid sərhəd bölgəsindəki “Əl-Vəviyyət” körpüsünü dağıtmaq və onu yararsız hala salmaq olub.